ABŞ Aya süni intellektlə işləyən dronlar göndərəcək
Dünya

ABŞ Aya süni intellektlə işləyən dronlar göndərəcək

01.06.2026 19:07 25 baxış

NASA Ayda baza qurarkən süni intellektlə (AI) işləyən dronlardan istifadə etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ kosmik agentliyinin Ay bazasının yaradılması proqramının rəhbəri Karlos Qarsia-Qalan "RİA Novosti" nəşrinə bildirib.


"Süni intellekt əsas istiqamətlərdən biridir. Əgər dronun nə etməli olduğunu təsəvvür etsək - əraziləri araşdırmaq və uyğun eniş yerlərini tapmaq, o zaman AI buna əhəmiyyətli dərəcədə kömək edə bilər", - deyə Qarsia bildirib.


O əlavə edib ki, ABŞ hələ ki, Ay stansiyasının layihələndirilməsinin ilkin mərhələsindədir.

Qeyd edək ki, may ayında NASA 2032-ci ilə qədər Ay səthində yaşayış üçün yararlı bazanın yaradılması üzrə üç mərhələli planı elan edib.


Oxşar xəbərlər
Dünya
İrandakı müharibə "Toyota"ya zərbə vurdu: 83 min avtomobil...
28.05.2026
Əsas Xəbər Axtar Video
Hüquqlarını bilmək, cəmiyyətdəki yerini və məsuliyyətini dərk etməkdir. Daha güclü və ədalətli cəmiyyət üçün maariflənmək vacibdir. Odur ki, doğru ünvandasınız.
© 2025 korrupsiya.info.az — Bütün hüquqlar qorunur